AZ

“Bu qədər ehtiyatda qalmağa səbrim çatmazdı” “Şəfa”nın futbolçusu

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Şəfa” I Liqada 12 turdan sonra 30 xalla liderdir. Komandanın cinah oyunçusu İsmayıl Zülfüqarlı “Futbolpress.az“a açıqlamasında nəticələri dəyərləndirdi:

“Çox inamlı və stabil çıxış edirik. Burda həm komandnaın yaxşı çalışması, həm məşqçilərin düzgün və uğurlu taktikası sözünü deyir. Lakin hələ yolun yarışındayıq. Qarşıda uzun marafon var”.

Müdafiəçi çempionluq şanslarına toxundu:

“Düzü, hələ çempionluq haqda danışmaq tezdir. Qarşıda hər komandayla iki oyunumuz var. Onunçün xal fərqi olsa da, nəsə demək çətindir. Hədəfimiz çempionluqdur və bu məqsəd uğrunda davam edəcəyik”.

Daha əvvəl Premyer Liqada “Turan Tovuz”, “Neftçi” kimi klublarda çıxış edən İsmayıl “Şəfa”nın elitaya yüksələcəyi halda, klubda qalacağını dedi:

“Çempion olsaq, düşünürəm ki, burda qalacağam. Komandanın planları, layihəsi xoşuma gəlir”.

Azərbaycanın U-21 yığmasında 10 oyuna çıxan İsmayıl əsas millidən də dəvət gözlədiyini bildirdi:

“Şəfa”ya gəlmək qərarı asan olmadı. Çünki Premyer Liqa ilə I Liqa arasında fərq var. Amma daha çox oynamaq istəyirdim və bu səbəbdən seçimimi belə etdim. Baxın, Premyer Liqada indi tək-tük yerli oyunçular meydanda olur. Düzü, mənim bu qədər ehtiyatda qalmağa səbrim çatmazdı. Milli komandada olmağa hazıram. İnşallah, ötən il olduğu kimi bu il də I Liqadan yığmaya oyunçular dəvət alar. Çünki bu çempionatın səviyyəsi çox qalxıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
13
futbolpress.az

10Mənbələr