AZ

47 gün sonra işdən çıxarılan icra başçısından AÇIQLAMA

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 47 gün sonra işdən çıxarılıb.

"Unikal" işdən çıxarılmasının səbəbini öyrənmək üçün E.İbrahimovla əlaqə saxlayıb.

O bildirib ki, hazırda danışa bilmir: "Bu məsələyə münasibət bildirmək istəmirəm. Uyğun vaxt olanda danışarıq. Sağ olun", - deyə sabiq icra başçısı əlavə edib.

Murad İbrahimli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
23
unikal.az

10Mənbələr