Kim Çen In Koreyanın aparıcı müdafiə sənayesi müəssisələrindən birini ziyarət edib.
İnterpress.az xəbər verir ki, bu barədə Şimali Koreya mediası məlumat yayıb. Şimali Koreya lideri reaktiv yaylım atəşi sistemlərinin istehsalını yoxlayıb, sürətin artırılmasını tələb etdi.
Məlumata görə, Kim Çen In Koreyanın aparıcı müdafiə sənayesi müəssisələrindən birinə baş çəkib.
KXDR lideri səfər zamanı Koreya ordusunun əsas hərbi hissələrinin silahlanmasına qəbul ediləcək reaktiv yaylım atəşi sistemlərinin (RYAS) döyüş maşınlarının istehsalı prosesi ilə tanış olub.
Onu Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin və Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri müşayiət ediblər.
Partiyanın baş katibi texnika istehsalının artırılma templərini yüksək qiymətləndirib və RYAS-ları ölkənin artilleriya qüvvələrinin yenilənməsinin mühüm elementi adlandırıb.
O vurğulayıb ki, müəssisə partiyanın yeni hərbi-strateji kursunun həyata keçirilməsində əsas rol oynamalıdır. Kim Çen In həmçinin istehsalat bazasının modernləşdirilməsini sürətləndirməyi və müdafiə sənayesinin texniki fundamentini möhkəmləndirməyi tələb edib.
Xuraman Etibarlı
İnterpress.az