AZ

İran prezidenti etirazçıların nümayəndələri ilə danışıqlar aparılmasına göstəriş verib

Bakı. Trend:

İran Prezidenti Məsud Pezeşkian daxili işlər nazirinəetirazçıların nümayəndələri ilə danışıqlar aparması barədə göstərişverib.

Trend-inməlumatına görə, bununla əlaqədar İran prezidenti “X” sosialplatformasındakı hesabında paylaşım edib.

Paylaşımda bildirilir ki, danışıqlar yolu ilə etirazçılarınhaqlı tələbləri dinlənəcək və hökumət var-gücü ilə problemlərinaradan qaldırılmasına və məsuliyyətli şəkildə cavabdeh olmağaçalışacaq.

İran prezidenti qeyd edib ki, vətəndaşların məişət qayğılarıhökumətin günlük məsələsidir. Ölkədə pul və bank sistemindəislahatların aparılması və vətəndaşların alıcılıq qabiliyyətininqorunması məqsədilə əsaslı addımların atılması gündəmdədir.

Qeyd edək ki, ötən gün İranda bazar ticarətçiləri İranvalyutasının (İran rialı) xarici valyutalar qarşısında hər gündəyərini itirməsi görə etiraz aksiyaları keçiriblər.

İranda son günlərdə xarici valyutalar qarşısında İran rialıdəyərini itirməkdə davam edib. Ötən gün (29 dekabr) 1 ABŞ dollarıMərkəzi Bankın rəsmi məzənnəsi ilə 755 min rial təşkil etsə də,qara bazarda 1,4 milyon riala alqı-satqı olunur.

Seçilən
15
45
az.trend.az

10Mənbələr