AZ

Çin Tayvana doğru raketlər atıb

Çin çərşənbə axşamı Tayvana doğru raketlər atıb və blokada ssenarisi üzrə keçirilən ən genişmiqyaslı hərbi təlimlərin ikinci günündə adanı mühasirəyə almaq məqsədilə bombardmançı təyyarələr və döyüş gəmiləri ilə yanaşı, yeni amfibiya hücum gəmiləri də yerləşdirib.

Bu barədə “Reuters“ məlumat yayıb.

Bildirilib ki, Çin Xalq Azadlıq Ordusu atışların axşam saat 18:00-dək davam etdiriləcəyini açıqlayıb.

Qeyd olunub ki, Tayvan adası ətrafında beş müxtəlif mövqedə, həmçinin Çin sahilləri yaxınlığında dəniz və hava məkanında keçirilən təlimlər zamanı dəniz və hava qüvvələrinin bölmələri adanın şimal və cənub istiqamətlərində dəniz və hava hədəflərinə zərbələr endirib, eləcə də sualtı qayıq əleyhinə əməliyyatlar icra edib.

Seçilən
28
24
herbiand.az

10Mənbələr