Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovun anası vəfat edib.
Publika.az xəbər verir ki, 85 yaşlı Zərnigar Hüseynova bu gün Ağdamın Mirəşelli kənd məzarlığında - digər oğlu şəhid Füzuli Hüseynov və həyat yoldaşı Əhəd Hüseynovun yanında dəfn olunacaq.
10 uşağı olan Zərnigar Hüseyova eyni zamanda şəhid və 3 veteran anası idi.
Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.