AZ

Penitensiar Xidmət Ədliyyə Nazirliyindən ayrıla bilərmi? HÜQUQŞÜNAS DEYİR Kİ...

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Daxili Qoşunların tabeçiliyi ilə bağlı müzakirələrə nəhayət ki, hüquqi aydınlıq gətirildi.

Qeyd edək ki, Azərbaycanın Daxili Qoşunlarının tabeçilik prinsipi ilə bağlı mediada yayılan məlumatlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bildirilir ki, struktur bundan sonra birbaşa Prezidentə tabe olacaq.

Daxili Qoşunların tabeçilik məsələsi ilə bağlı aparılan müzakirələr fonunda cəmiyyətdə yeni bir sual aktuallaşıb: Penitensiar Xidmət də növbəti mərhələdə struktur dəyişikliyinə məruz qala bilərmi?

Vəkil Esmira Rzayeva Gununsesi.info-ya açıqlamasında  bu məsələyə hüquqi baxımdan aydınlıq gətirib.

Penitensiar Xidmət hazırda Ədliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərdiyini xatırladan hüquqşünas deyib ki, Penitensiar Xidmətin müstəqil qurum kimi fəaliyyət göstərməsi məsələsi hüquqi baxımdan mümkündür: “Bu modelə beynəlxalq təcrübədə də rast gəlinir. Hal-hazırda Penitensiar Xidmətin tabeçiliyinin dəyişdirilməsi ilə bağlı rəsmi qərar, təsdiqlənmiş qanun layihəsi və ya Prezident fərmanı yoxdu. Amma gələcəkdə aparılacaq islahatlar konteksində bu mümkündür”.

Günay Mahirqızı

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
icma.az

1Mənbələr