AZ

Xəzərdənkənar sularda üzən “Qafur Məmmədov” gəmisi əsaslı təmir edilib

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-nun Xəzərdənkənar sulardaistismar edilən “Qafur Məmmədov” quru yük gəmisi əsaslı təmirolunub.

Trend xəbərverir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, İstanbulun Tuzla bölgəsində yerləşən Torlaktərsanəsində həyata keçirilən təmir çərçivəsində gəminin növbəti 5illik istisamarı üçün zəruri olan bütün işlər yerinə yetirilib.

Proses çərçivəsində gəminin baş mühərrikləri əsaslı təmiredilib, iki ədəd köməkçi dizel generatoru isə qənaətcil və gəmininfaktiki elektrik enerjisi tələbatı nəzərə alınaraq yenisi iləəvəzlənib.

Bununla yanaşə, gəmidə mövcud olan digər maşın və mexanizmlərdətələb olunan təmir işləri yerinə yetirilib. Boru sistemlərindəborular dəyişdirilib, hərəkətverici vint-sükan qurğusu sökülərək,zavod şəraitində təmir edildikdən sonra yenidən gəmiyəquraşdırılıb. Bundan başqa, gəminin məişət fekal sistemləri vəçənləri yenilənib. MARPOL konvensiyasının VI Əlavəsinə uyğun olaraqgəminin yanacaq sisteminə müvafiq dəyişikliklər edilib.

Heyətin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yeməkxanavə kayutlarda təmir işləri aparılıb, məişət sistemləri və divarpanelləri yeniləri ilə əvəz olunub.

Eyni zamanda, quru yük gəmisinin sualtı hissəsində təmir işləriicra edilib, dəyişdirilməsi tələb olunan hissələr dəyişdirilib,gövdə hissəsi təmizlənib və boyanıb. Gəminin yük anbarlarında dametal dəyişdirilməsi, eləcə də təmizləmə və boyama işlərigörülüb.

Qeyd edək ki, “Qafur Məmmədov” gəmisi 2017-ci ildənXəzərdənkənar sularda istismar olunur. Bu gəminin yükgötürməqabiliyyəti 5500 ton, uzunluğu 108, eni 16,5 metrdir.

Məqalədə:
Seçilən
68
6
az.trend.az

7Mənbələr