AZ

Turan Həsənovun meyiti Azərbaycana təhvil verildi

İtkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti Azərbaycana verilib.

Publika.az APA-ya istinadən xəbər verir ki, 19.12.2025-ci il tarixdə Xəzər dənizinin İran ərazisində meyit tapılması barədə məlumat verilmişdi.

Araşdırmalar zamanı məlum olub ki, meyit Astara rayonunun Şahağac kəndinin itkin düşmüş sakini, balıqçı, 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənova aiddir.

Meyitin qarşı tərəfə verilməsi istiqamətində danışıqlar aparılıb və bu gün Turan Həsənovun meyiti Azərbaycana verilib.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Seçilən
70
6
publika.az

8Mənbələr