AZ

MY-nin kapitanı nə vaxt qayıdacaq?

“Mançester Yunayted” ciddi itkilərlə üzləşib.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Ruben Amorim premyer-liqanın 18-ci turunun “Nyukasl”a qarşı keçiriləcək oyun ərəfəsində komandadakı itkilərlə bağlı açıqlama verib. Portuqaliyalı mütəxəssis kapitan Bruno Fernandeş və gənc yarımmüdafiəçi Kobbi Maynunun matçı buraxacağını təsdiqləyib.

Xatırladaq ki, Kobbi baldır əzələsindəki zədə səbəbindən ötən tur “Aston Villa” ilə matçda (1:2) iştirak etməyib. Bruno isə həmin oyunda yumşaq toxumasından zədə alaraq meydanı tərk etmişdi.

Seçilən
116
1
football-plus.az

2Mənbələr