AZ

İtaliya nəhənginin ilk qış transferi

“Milan” ilk qış transferini reallaşdırıb. Bu barədə insayder Fabritsio Romano məlumat ayıb.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubu “Partizan”dan Andrey Kostiçi sıralarına qatıb. 18 yaşlı monteneqrolu hücumçunun tezliklə komandaya qoşulacağı gözlənilir. Tərəflər arasında imzalanacaq müqavilənin uzunmüddətli olacağı bildirilib. Belqrad klubu bu transferdən təxminən 5 milyon avro və bonuslar alacaq.

Andrey “Partizan”a ötən yay Monteneqronun “Buduçnost” klubundan 900000 avroya keçib. O, bu mövsüm paytaxt komandasının heyətində 27 oyuna çıxıb və 9 qol vurub.

Seçilən
106
1
football-plus.az

2Mənbələr