AZ

Ukrayna Qazaxıstandan yardım alıb

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstanı təmsil edən BI-Group holdinqi Ukraynanın Səhiyyə Nazirliyinə üç xüsusi təcili yardım avtomobilini hədiyyə edib.

APA xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hər bir avtomobil xəstələrin daşınması zamanı təcili tibbi yardım göstərmək üçün bütün avadanlıqlarla tam təchiz olunub.

Texnika ölkəyə xeyriyyə yardımı olaraq göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
apa.az

2Mənbələr