AZ

İstanbuldan Səmərqəndə uçan təyyarədə insident: Başqa şəhərə endi

Türkiyənin İstanbul şəhərindən Özbəkistanın Səmərqənd şəhərinə uçan Özbəkistan Hava Yollarına məxsus sərnişin təyyarəsi , göyərtəsindəki bir şəxsin qayda pozması səbəbindən başqa bir şəhərdə təcili eniş edib.

Publika.az xəbər verir ki, bu barədə aviaşirkətin Telegram kanalı məlumat yayıb.

Hadisə dekabrın 29-da baş verib. Sərxoş sərnişin digər sərnişinlərə və heyət üzvlərinə qarşı nalayiq davranıb. Nəticədə təyyarə Urqençdə eniş etməyə məcbur olub.

Orada cinayətkar hüquq-mühafizə orqanlarına təhvil verilib.

Seçilən
31
publika.az

1Mənbələr