Bakı.Trend:
Qarşıdan gələn bayram tətili günlərində Bakı şəhərində nəqliyyatvasitələrinin hərəkət intensivliyinin azalması fürsətindənyararlanaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyitərəfindən aparılacaq cari təmir işləri çərçivəsində 2 yanvar saat00:00-dan dan etibarən Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadəküçələrinin kəsişməsindən Heydər Əliyev prospektinin başlanğıcınakimi olan hissədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissəqismən məhdudlaşdırılacaq.
Trend xəbərverir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilir ki, hərəkətin məhdudlaşdırılması işlər bitənədək,qısa müddət ərzində qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədənhərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələrixahiş olunur.