AZ

İsveçdə vəfat edən Milli Qəhrəmanımızın nəşi Azərbaycana gətiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsi İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsinin Vətənə gətirilməsi məsələsini nəzarətə götürüb.

Bu barədə MilliYol.az-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, hazırda cənazənin Azərbaycana gətirilməsi üçün sənədləşmə və digər texniki işlər görülür.

“Məsələ ilə bağlı mərhumun ailə üzvləri ilə davamlı əlaqə saxlayırıq”, - Dövlət Komitəsindən bildirilib.

Qeyd edək ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. 2001-ci ildən Azərbaycanı tərk edərək Avropaya köçüb. İsveçdəki Qocalar Evində yaşayan Azərbaycan Respublikasının Milli Qəhrəmanı uzunsürən xəstəlikdən sonra vəfat edib.

 

Seçilən
79
9
milliyol.az

10Mənbələr