Olaylar.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında qeyd olunub.
Məlumata görə, onlardan 21 nəfər bakalavariat, 136 nəfər magistratura, 6 nəfər doktorantura olmaqla, ümumilikdə 163 nəfər müvafiq beynəlxalq reytinq cədvəllərində ("Times Higher Education", "QS World Unıversıty Rankings" və "Academic Ranking of World Universities (Shanghai)") universitetlər üzrə top10-da yer alan bir neçə ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb.
"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsil səviyyəsi üzrə 284 nəfər təhsil almaq hüququ qazanıb. 9 nəfər proqram iştirakçısı isə təhsilini uğurla başa vuraraq ölkəyə qayıdıb və Dövlət Proqramı məzunu statusu əldə edib.
Proqram çərçivəsində dünyanın 14 ölkəsinə aid 69 ali təhsil müəssisəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 292 nəfər hazırda əmək fəaliyyəti ilə məşğuldur.