Azərbaycan Prezidentinin regiona gətirdiyi sülhqonşu xalqa ilk dəfədir ki, öz milli maraqlarından çıxış edə biləcək dövlət qurmaq fürsəti yaradıb. Bizoktyabrın ikinci yarısından görürük ki, bu fürsətdən faydalanması üçün Azərbayan Ermənistana dəstəyini də əsirgəmir. Əlbəttə, bu,indiyədək bizə qarşı edilənləri unutmaq demək deyil. Azərbaycana hansısa güclərin əlində alət olmayan qonşular və geosiyasi subyekt kimi çıxış edə biləcək region lazımdır.
Burada onu vurğulamaq istərdim ki, ikinci Qarabağ savaşının gedişindəolduğu kimi indi də Minsk qrupu həmsədrləri arasında fikir ayrılığı yaratmağı bacarmasaydıq, Çinlə hərtərəfli strateji tərəfdaşlıq qurmasaydıq, nə 8 avqust Vaşinqtonanlaşması mümkün idi, nə dəmənfur Minsk qrupununburaxılması. Azərbaycan yaratdığı bu diplomatik presedentlə də göstərdi ki, indiyədək “parçala və höküm sür” siyasəti yeridənlərinözlərini də parçalamaq mümkündür. Təbii ki, bunun üçün fövqaladə diplomatik bacarıq tələb olunur və bizim liderimizin atdığı addımlarda artıq bir neçə dəfə biz bunu görmüşük.
Həm savaşı, həm də sülhü udması Azərbaycana böyükstrateji üstünlük versə də, post-münaqişə dönəmində köçkünlərin tam və davamlı reinteqrasiyası onların işlə vətəhlükəsizliklərinin təminatı heç də göründüyü qədər asan məsələ deyil və şükürlər olsun ki, 2025-ci ildə görülən tədbirlər dövlətimizin bunun da öhdəsindən uğurla gələcəyini göstərir.
2025-ci ildə Xankəndi və Laçının da Şuşa kimi beynəlxalq tədbirlərin, hətta zirvə görüşlərinin keçirildiyi şəhərlərimizin sırasında yer almaları, Ağdamdakı sənaye parkında 945 milyon manatlıq məhsul istehsalı qürurverici faktlardır. Laçından söz düşmüşkən, bu il orada Beynəlxalq Hava Limanının istifadəyə verilməsi təcrübəsindən də görürük ki, işğaldan azad olunmuş torpaqlardatəkcə məskunlaşma və infrastruktur quruculuğu getmir, həm də müdafiə potensialı gücləndirilir, revanşizm üçün zəif nöqtələr buraxılmır.
Yeri gəlmişkən, Azərbaycanla Türkiyə arasında bu il imzalanan Müdafiə Memorandumu da regional və qlobal risklərin vaxtında qiymətləndirilməsi, birgə təminibaxımından mühüm sənəddir. Hansı dövrdə yaşadığımızı xatırlatsaq, elə hərbiüstünlüyün qorunub saxlanması baxımından da düzgün innovasiya və rəqəmsal inkişaf strategiyasının necə böyük önəm daşıdığını görməmək mümkün deyil.
Mərkəzi Avrasiya və MENA regionları üçün əsas innovasiya platforması sayılan sammitinbu il Bakıda keçirilməsi, ölkəmizin startap ekosistemi reytinqdə regionda ən yüksək nəticə göstərməsi fikrimcə, bu ilin təsirini gələcəkdə daha çox hiss edəcəyimiz uğurlarındadır. Eyni zamanda, hazırda dövlətimizin qarşısında milli uğurun sosial dividentə çevrilməsi vəzifəsi durur və mənümid edirəm biz burada da uğur qazanacağıq.
Sahib Alıyev, Milli Məclisin üzvü
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta