Bakı.Trend:
“Elektroenergetika haqqında” və 2026-cı il 1 yanvar tarixindənqüvvəyə minən yeni “Qaz təchizatı haqqında” qanunlara əsasən,istehlak səviyyəsindən asılı olmadan sabit xarakterli xərclərinistehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsi məqsədiləsabit tarif müəyyənləşdirilmişdir.
Trend xəbərverir ki, bununla bağlı Tarif Şurası qərar verib.
Qeyd edək ki, elektrik enerjisi və təbii qaz təchizatındaabonentlərdən hər ay sabit ödənişlərin alınması bir çox ölkələrdətətbiq olunur. Beynəlxalq təcrübədə sabit ödənişlərin tətbiqiistehlakçının istifadə etdiyi elektrik enerjisi və təbii qazınmiqdarından asılı olmayaraq, infrastrukturun saxlanması,xidmətlərin göstərilməsi və digər əməliyyat xərclərininqarşılanmasında mühüm əhəmiyyət kəsb edir.
Tarif (qiymət) Şurası tərəfindən elektrik enerjisi üzrə aylıqsabit tarif əhali və 1 fazlı təchizat sxemi ilə enerji istehlakedən qeyri-əhali istehlakçıları üzrə 1 manat, 3 fazlı təchizatsxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 3manat müəyyənləşdirilmişdir.
Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qazqurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 1 manat,sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 3manat müəyyənləşdirilmişdir.