AZ

Tramp gizli əməliyyatı dünyaya elan etdi

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Venesuela sahillərində yerləşən bir limana pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirdiyi iddia olunur.

"Cebheinfo.az" xəbər verir ki, CNN mənbələrə istinadən  bu hadisənin ABŞ-nin Venesuela ərazisi daxilində həyata keçirdiyi ilk məlum hücum olduğunu bildirib.

Məlumata görə, CIA bu ayın əvvəlində Venesuela sahilindəki bir limanı hədəf alıb. CNN-ə danışan mənbələr bildiriblər ki, ABŞ administrasiyası həmin limanın ABŞ tərəfindən terror təşkilatı elan edilən “Tren de Aragua” karteli tərəfindən narkotik maddələrin saxlanılması və qayıqlarla daşınması üçün istifadə edildiyini düşünür.

Hücum ilk dəfə ABŞ Prezidenti Donald Tramp tərəfindən əvvəlcə bir radio proqramında, daha sonra isə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra keçirilən mətbuat konfransında açıqlanıb.

CNN-ə danışan mənbələrin sözlərinə görə, obyekt vurulduğu zaman ərazidə heç kim olmayıb və bu səbəbdən insan itkisi qeydə alınmayıb.

İki mənbə ABŞ Xüsusi Əməliyyat Qüvvələrinin əməliyyata kəşfiyyat dəstəyi verdiyini iddia etsə də, Xüsusi Əməliyyatlar Komandanlığından bir rəsmi bu məlumatı təkzib edib.

Donald Tramp hücumu 26 dekabr tarixli müsahibəsində təsdiqləyərək, “Gəmilərin gəldiyi böyük bir obyekti sıradan çıxardıq” deyib.

Bazar ertəsi günü mövzu ilə bağlı yenidən danışan Tramp, CIA-nin hədəfinin “qayıqları narkotiklə doldurduqları sahil kənarı” olduğunu bildirib.

Tramp deyib: “Bütün qayıqları vurduq, indi isə ərazini hədəfə aldıq. Təlim meydanı idi. Tamamilə məhv etdik. Ora artıq yoxdur.”

CIA məsələ ilə bağlı şərh verməyib. CNN Ağ Ev, aidiyyəti ABŞ qurumları və Venesuela hakimiyyətindən də mövzu ilə bağlı mövqe almağa çalışıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
105
50
cebheinfo.az

10Mənbələr