23 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 23.12.2025-ci il tarixində başlayıb, 29.12.2025-ci il tarixində bitmişdir.
AZ2001009268 İSİN kodlu istiqrazların yerləşdirilməsi 30 dekabr 2025-ci il tarixində həyata keçirilmişdir.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2001009268
İstiqraqzların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı: 300,000 ədəd
İlkin ticarət qiyməti: 100 ABŞ Dolları
Buraxılış həcmi: 30,000,000 ABŞ Dolları
İllik gəlirlilik faizi: 7%
Ödəmə periodu: Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti: 5 il
Reallaşdırılmış həcm: 30,000,000 ABŞ Dolları
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 30,000,000 ABŞ Dolları
Hərrac qiyməti: 100 ABŞ Dolları
İnvestor sayı: 331
Sifariş sayı: 380
Anderrayter: “ABB-İnvest İnvestisiya Şirkəti” QSC