ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Moskva Ukrayna dronlarının Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına qarşı terror hücumunu pisləyən xarici dostlarının reaksiyasını minnətdarlıqla qəbul edir.
Bizimyol.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Moskva 28-29 dekabr gecəsi Kiyev rejiminin Novqorod vilayətindəki prezident iqamətgahına həyata keçirdiyi terror hücumunu pisləyən xarici dostlarımız və tərəfdaşlarımızın reaksiyasını səmimi qəlbdən qəbul edir. Rusiya dövlət başçısı, hökumət və Rusiya xalqı tərəfindən alınan dəstək və həmrəylik sözlərinə görə minnətdarıq", - deyə nazir qeyd edib.
Qeyd edək ki, Ukrayna rəsmiləri Rusiyanın yaydığı “Putinin iqamətgahına hücum” iddialarını Kremlin uydurması hesab edir. İddiaları tamamilə təkzib edən Kiyev bildirir ki, Rusiya hadisə ilə bağlı heç bir sübut təqdim etməyib. “Çünki belə bir sübut yoxdur”, — deyə Ukraynanın xarici işlər naziri qeyd edib.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.