AZ

Türk Hava Yolları 60-dan çox reysi ləğv etdi

Türk Hava Yolları Türkiyənin bir neçə şəhərində qar yağışı səbəbindən 60-dan çox reysi ləğv edib.

"Unikal" xəbər verir ki, bu barədə aviaşirkətin sözçüsü Yəhya Üstün "X" platformasında yazıb. 

"Türkiyənin şərqində və mərkəzində pisləşən hava şəraiti səbəbindən 31 dekabr tarixinə planlaşdırılan 61 reys ləğv edilib", - deyə Üstün qeyd edib. 

Qeyd edək ki, Rusiya və İslandiyadan gələn soyuq hava axını səbəbindən cümə günündən bəri Türkiyənin əhəmiyyətli bölgələrində donma temperaturu müşahidə olunur. Türkiyənin Meteorologiya Baş İdarəsi güclü qar yağışı səbəbindən ölkənin böyük bir hissəsində sarı həyəcan siqnalı verib.

Seçilən
88
10
unikal.az

10Mənbələr