AZ

“2026 cı ildə parlaq çəhrayı bənövşəyi, dərin mavi, qızılı sarı və açıq yaşıl tonlar da trend olacaq”

ain.az, Bizimyol saytına istinadən bildirir.

Moda təkcə geyim deyil, həm də insanın özünüifadə etməyinin formatıdır. İnsanlar moda ilə hələ əsrlər öncə maraqlanmağa başlayıb. Həmçinin günümüzə qədər gəlib çatan arxeoloji materiallar və yazılı mənbələr Azərbaycanın da zəngin moda tarixinə sahib olduğunu deyir. Muzeylərdə qorunub saxlanılan milli geyim nümunələri də bunu sübut edir.2026-cı ilin moda trendləri nələrdir? Yeni ildə hansı rənglər, üslublar, axınlar diqqət çəkəcək?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova bildirib ki, 2026-cı ildə dəb əsasən sakitlik, ekoloji harmoniya və texnoloji estetikaya söykənəcək: “Pantone Rəng İnstitutu 2026-cı ilin əsas rəngini açıqlayıb - bu, “Cloud Dancer” (“Bulud rəqsi”) adlanan mavi çalardır. Ekspertlər bildirir ki, bu rəng seçimi cəmiyyətin cari əhval-ruhiyyəsini əks etdirir və sakitlik, ekoloji harmoniya ilə texnoloji estetikanın sintezini təcəssüm etdirir.

Dünya moda analitiklərinin apardığı araşdırmalara əsasən, 2026-cı ildə dəb əsasən sakitlik, ekoloji harmoniya və texnoloji estetikaya söykənəcək. Ən çox diqqət çəkən rəng - mavi və yaşılın qarışığından ibarət “Cloud Dancer” - ilin simvolik rəngi elan olunub. Bu ton sakit, lakin enerjili təsir bağışlayır.

Bundan əlavə, 2026-cı ildə parlaq çəhrayı-bənövşəyi, dərin mavi, qızılı-sarı və açıq yaşıl tonlar da trend olacaq. Torpaq rəngləri, təbiətdən ilhamlanmış yaşıl çalarlar və tozlu pastel tonlar qadın və kişi geyim kolleksiyalarında geniş yer tutacaq.

Növbəti ilin dəbində neytral tonlarla (bej, ağ, boz) parlaq rənglərin harmoniyası ön planda olacaq. Parlaq tonları geyimdə vurğu elementi kimi istifadə etmək olar. Xüsusilə mavi-yaşıl və ya qızılı-sarı çalarların neytral əsaslarla kombinlənməsi 2026-cı ilin dəb ruhuna uyğun sayılır.

Yaz-yay mövsümündə pastel və yaşıl-mavi, payız-qış aylarında isə isti torpaq çalarlarına üstünlük veriləcək”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
12
bizimyol.info

10Mənbələr