Azərbaycan və İsrail xalqları arasında qurulmuş dostluq və qardaşlıq münasibətləri daim möhkəm olacaq.
"Far.Az" xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Ronen Kraus "X" sosial media hesabında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan dilində yayımladığı video-təbrikində bildirib.
"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Sizə daim birlik, rifah və əmin-amanlıq arzulayıram. Azərbaycan və İsrail xalqları arasında qurulmuş dostluq və qardaşlıq münasibətləri daim möhkəm olacaq", - səfir əlavə edib.
İsrailin Azərbaycandakı Səfirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanda və dünyanın dörd bir yanında yaşayan azərbaycanlılara səmimi təbriklərini göndərir, sizə xoşbəxt, sağlam və uğurlu 2026-cı il arzulayır ✨
— Israel in Azerbaijan (@IsraelinAZ) December 31, 2025
Bundan əlavə, Səfir Krausz sizin üçün… pic.twitter.com/oH859zIS2w