AZ

Peruda iki sərnişin qatarı toqquşub

Bakı. Trend:

Peruda qədim İnka şəhəri Maçu-Pikçu istiqamətində hərəkət edəniki sərnişin qatarı toqquşub.

Trend xəbər verirki, bu barədə "RPP" radiostansiyası məlumat yayıb.

Hadisə nəticəsində əcnəbilər də daxil olmaqla 30-dan çox insanyaralanıb, qatarlardan birinin maşinisti isə həlak olub.

Hazırda polis və dəmir yolu işçiləri sərnişinlərin təxliyəsinihəyata keçirir. Sərnişinlərin bir hissəsi dəmir yolununyaxınlığında baqajları ilə birlikdə təhlükəsiz əraziyə çıxarılıb.Hadisə yerinə üç boş vaqon və tibbi briqadalarla təchiz olunmuş 12təcili yardım avtomobili göndərilib.

Kusko bölgəsinin qubernatoru qəzanın baş verdiyi əraziyə səfəredib.

Seçilən
64
6
az.trend.az

8Mənbələr