AZ

Bakıda güclü külək nəticəsində 8 ağac sınıb, daha 12-sinin budaqları qırılıb - YENİLƏNİB

Gecə saatlarından etibarən əsən güclü külək səbəbindən Bakı şəhəri ərazisində 8 ağac sınıb, 12 ağacın budaqları qırılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb, ərazi təmizlənib.

11:01

Bakıda güclü külək nəticəsində 8 ağac aşıb, daha 12-si zədələnib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, gecə saatlarından bu vaxta qədər paytaxt ərazisində 8 ağac aşıb, daha 12 ağacın budaqları zədələnib.

Hazırda ərazilərdə təmizlik və təhlükəsizlik tədbirləri görülür.

"Cebheinfo.az"

Seçilən
94
9
cebheinfo.az

10Mənbələr