Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Ucarda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dekabrın 31-də, saat 11:10-da Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə üç nəfər (iki kişi, bir qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
"Onlara qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin travması, açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 1964-cü il təvəllüdlü (qadın) pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. 1984-cü il və 1996-cı il təvəllüdlü şəxslərin (hər ikisi kişi) vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda vurğulanır.
Əzizə İsmayılova
13:30
Ucarda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Yuxarı Şilyan kənd yolunda VAZ-2106 və "Nissan" markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan dörd nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.












Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.