AZ

Əhalinin bank əmanətləri artıb

Bu ilin dekabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 43 milyard 281,2 milyon manat təşkil edib.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb Bu, aylıq müqayisədə 4,1 %, ilin əvvəlinə nisbətən 7,5 %, 2024-cü ilin dekabrın 1-i ilə müqayisədə isə 15 % çoxdur.Bunun 54,5 %-i, yaxud 23 milyard 603,3 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 14,8 % çoxdur.İl ərzində ev təsərrüfatlarının əmanətləri 13,7 % artaraq 16 milyard 181,8 milyonmanata, maliyyə təşkilatlarının depozitləri isə 23,3 % artaraq 3 milyard 496,1 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 22 milyard 588,9 milyon manatı (il ərzində 3,8 % çox) qısamüddətli, 20 milyard 692,3 milyon manatı (+30,4 %) isə uzunmüddətli olub.

Seçilən
35
5
metbuat.az

6Mənbələr