Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ Sahil Mühafizəsi sanksiyalı Bella 1 neft tankerinin göyərtəsində Rusiya bayrağı olduğuna görə ələ keçirilməsini dayandırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" qəzeti ABŞ rəsmilərinə istinadən məlumat verib.
Tankerin təqibi 10 gündən çox davam edib. Hadisə Atlantik okeanında baş verib. ABŞ Sahil Mühafizəsi gəmidən təxminən yarım mil məsafə saxlayıb.
Hərbçilər tankeri zorla ələ keçirməyə hazırlaşıblar və Ağ Evdən icazə verilməsuni gözləyiblər. Rusiya bayrağı göyərtədə göründükdən sonra ələ keçirilmə dayandırılıb. Ekspertlər deyirlər ki, əgər tanker Rusiyada qeydiyyatdan keçsəydi, zorla ələ keçirilmə iki ölkə arasında diplomatik gərginliyə səbəb olardı.
Diqqətəlayiq haldır ki, Rusiyanın "kölgə donanması"nın bir hissəsi olan "Bella 1" Türkiyə şirkətinə məxsusdur. O, İran neftini Hizbullah, Husilər və İslam İnqilabı Keşikçiləri Korpusuna daşıdığına görə sanksiyaya məruz qalıb.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.