AZ

Mahir Emrelinin qolu Almaniyada ilin ən yaxşılarından oldu - VİDEO

Almaniyanın "Nürnberq" klubu başa çatmaqda olan 2025-ci ilin ən yaxşı 10 qolunu açıqlayıb.

QOL.az xəbər verir ki, siyahıda komandanın sabiq üzvü, Azərbaycan millisinin hücumçusu Mahir Emreli də yer alıb. Onun məhz hazırda şərəfini qoruduğu "Kayzerslautern"in qapısına vurduğu qol reytinqdə 3-cü pilləyə layiq görülüb.

Xatırladaq ki, Mahir ötən mövsüm "Nürnberq"in formasını geyinib. O, bu yay "Kayzerslautern"ə keçib.

Sözügedən videomaterialı təqdim edirik:

Seçilən
70
10
hit.az

10Mənbələr