Finlandiya hüquq-mühafizə orqanları kabelə ziyan vurduğu üçün Sent-Vinsent və Qrenadin bayrağı altında üzən "Fitburq" yük gəmisini 14 ekipaj üzvü daxil olmaqla saxlayıb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, saxlanılan gəmi Sankt-Peterburqdan yola düşərək Hayfaya gedirmiş.
Bundan əvvəl Finlandiya və Estoniyanı birləşdirən Elisa telekommunikasiya kabelinin Finlandiya körfəzində zədələndiyi bildirilib. Finlandiya polisi zərərin Estoniyanın müstəsna iqtisadi zonası daxilində olduğunu qeyd edib.