AZ

ABŞ Avropa İttifaqının iştirakı olmadan Rusiya ilə sülh razılaşması bağlaya bilər - Orban

ABŞ 2026-cı ildə Avropa İttifaqının iştirakı olmadan Rusiya ilə münasibətlərin normallaşdırılması barədə razılaşma əldə edə bilər.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib,

Onun sözlərinə görə, bu ssenari Vaşinqton və Brüssel arasında strateji məsələlər, o cümlədən Ukrayna münaqişəsi ilə bağlı yaranan fikir ayrılıqlarının nəticəsi ola bilər.

“2026-cı ildə əsas sual ondan ibarət olacaq ki, ABŞ ilə Avropa arasında yaranan ziddiyyətlər elə bir həddə çatacaqmı ki, Vaşinqton avropalıları kənarda qoyaraq Rusiya ilə ayrıca sülh razılaşması imzalasın”, – deyə Orban bildirib.

Seçilən
31
4
missiya.az

5Mənbələr