Mario Balotelli karyerasını Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) davam etdirə bilər.
"Football-plus.az" xəbər verir ki, İtaliya millisinin sabiq hücumçusu “Əl-İttifaq”dan təklif alıb. Dubay klubu ölkənin 2-ci divizionunda mübarizə aparır.
Qeyd edək ki, ulduz futbolçu sonuncu dəfə yaşıl meydana 2024-cü il dekabrın 21-də çıxıb. O, A seriyası çərçivəsində “Napoli” ilə oyunda “Cenoa”nın heyətində sonradan şans qazanıb.
Xatırladaq ki, Balotelli karyerası ərzində “Milan”, “İnter”, “Mançester Siti” və “Liverpul” kimi Avropa nəhənglərinin şərəfini qoruyub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta