AZ

İranda qanlı gecə: Etirazçılar qərargaha hücum etdi

Həmədan şəhərində baş verən son dərəcə gərgin insident barədə məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, etirazçıların Bəsic qüvvələrinin qərargahına hücumu zamanı SEPAH tərkibində fəaliyyət göstərən Bəsic dəstəsinin bir üzvü həlak olub.

Hücum və sonrakı qarşıdurma nəticəsində daha 13 nəfər - Bəsic döyüşçüləri və polis əməkdaşları müxtəlif dərəcəli xəsarətlər alıblar.

Bildirilir ki, hadisə zamanı qərargah ətrafında vəziyyət tam nəzarətdən çıxıb, təhlükəsizlik qüvvələri isə iğtişaşların qarşısını almaqda ciddi çətinliklərlə üzləşiblər.

Qanlı insident İranda dərinləşən sosial-iqtisadi problemlər və genişlənən etiraz aksiyaları fonunda baş verib. Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmaların davam etdiyini açıqlayıblar.

Seçilən
106
46
publika.az

10Mənbələr