AZ

Acqarına hansı qidaları qəbul etmək TƏHLÜKƏLİDİR?

Mütəxəssislər acqarına bəzi qidaların qəbulunun sağlamlıq üçün risk yaratdığını bildiriblər.

Milli.Az xəbər verir ki, onların sözlərinə görə, səhər boş mədəyə turşuluğu yüksək olan meyvələr, xüsusilə sitruslar (limon, portağal, mandarin) mədə turşusunu artıraraq qıcqırma və yanmaya səbəb ola bilər. Eyni zamanda pomidorun tərkibindəki orqanik turşular mədə selikli qişasını qıcıqlandırır.

Qəhvənin acqarına içilməsi də tövsiyə olunmur. Mütəxəssislər bildirirlər ki, qəhvə mədə turşuluğunu yüksəldir, ürəkbulanma və əsəbilik yaradır. Şirniyyatların - tort, şokolad və digər şəkərli məhsulların - boş mədədə istehlakı isə qanda şəkərin sürətlə artmasına və insulin balansının pozulmasına səbəb olur.

Bundan əlavə, soyuq içkilər və qazlı sular, eləcə də sarımsaq və bananın acqarına qəbulu da mədə üçün zərərlidir. Sarımsaq selikli qişanı qıcıqlandırır, banan isə kalium səviyyəsində kəskin dəyişiklik yarada bilər.

Mütəxəssislər səhər yeməyinə daha yüngül və mədəni yormayan məhsullarla - yumurta, sıyıq, qatıq və pendirlə başlamağı məsləhət görürlər.

Hüseyn
Milli.Az

Seçilən
102
3
milli.az

4Mənbələr