ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Güclü yanğın Amsterdamın mərkəzində yerləşən 150 illik Vondelkerk kilsəsinin binasını tamamilə məhv edib.
Bizimyol.info xəbər verir ki, "NH Nieuws" portalının verdiyi məlumata görə, bu memarlıq abidəsinin bərpası mümkün deyil.
Portalın məlumatına görə, yanğın gecə saat 1 radələrində başlayıb və alov qısa müddətdə bütün kilsəni bürüyüb. Yanğının səbəbləri hələlik müəyyən olunmayıb. Binanın çökmə təhlükəsi var.
Hadisə yerinə gələn təcili xidmətlər kilsənin ətrafındakı bütün küçələri bağlayıblar. Alovun yaxınlıqdakı binalara keçmə təhlükəsi səbəbindən bir ərazidə yaşayan insanlar evakuasiya edilib.
Vondelkerk — 1872-1880-ci illərdə memar Pyer Keypersin layihəsi əsasında inşa edilmiş neo-qotik üslubda kilsədir. Keypers həmçinin Amsterdamdakı Mərkəzi Vağzalın və Rijksmuseyumun layihələndirilməsində iştirak edib. Kilsə Vondel Parkının yaxınlığında yerləşirdi və Niderlandların milli mədəni irsi obyekti sayılırdı. Son illərdə kilsə müntəzəm dini ayinlər üçün istifadə olunub, daha çox mədəniyyət tədbirləri, sərgilər, konsertlər və ictimai tədbirlər keçirilib.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.