AZ

Mahirin hazırkı klubuna vurduğu qol ən yaxşılar sırasında Video

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın “Nürnberq” klubu 2025-ci ilin ən yaxşı 10 qolunu açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, siyahıda komandanın sabiq üzvü, Azərbaycan millisinin hücumçusu Mahir Emreli də yer alıb. 

Onun məhz hazırda şərəfini qoruduğu “Kayzerslautern”in qapısına vurduğu qol 3-cü pilləyə layiq görülüb. 

Xatırladaq ki, Mahir ötən mövsüm “Nürnberq”in formasını geyinib. O, 2025-ci ilin yayında “Kayzerslautern”ə keçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
10
qafqazinfo.az

10Mənbələr