AZ

Bu tavalar qadağan edildi: Xəstəlik yayır

Avropada insan sağlamlığı və ətraf mühit üçün risk yaradan, ağır kimyəvi maddələr kimi tanınan perfloroalkil və polifloroalkil maddələrin (PFAS) bir sıra istehlak məhsullarının istifadəsi bugündən qadağan olunub.

Publika.az Bakupost.az-a istinadla xəbər verir ki, Avropa Birliyində 2020-ci ildən etibarən teflon örtüklərlə bağlı məhdudiyyətlər tətbiq olunsa da, bu məhsullar milyonlarla istehlakçı tərəfindən istifadədə qalmaqda idi. Rəsmi mediada dərc olunan yeni qərarnaməyə əsasən, 1 yanvardan başlayaraq teflon tavaların istifadəsi qadağan olunur. Qərarın əsas səbəbi bu məhsullarda PFAS maddələrinin yüksək miqdarda olmasıdır.

Yeni tənzimləməyə əsasən, bu gündən (yanvarın 1-i) etibarən tekstil məmulatları, ayaqqabılar, kosmetik məhsullar, eləcə də xizəklərdə istifadə olunan mum kimi bəzi istehlak mallarında PFAS maddələrinin istifadəsinə icazə verilməyəcək. Qaydalar birlik ərazisində istehsal edilən, satışa çıxarılan, idxal olunan və ixrac edilən yeni məhsullara şamil ediləcək.

Qadağa bütün məhsul kateqoriyalarını əhatə etmir. Ordu üçün nəzərdə tutulan xüsusi təhlükəsizlik avadanlıqları və strateji təyinatlı məhsullar tənzimləmədən kənarda saxlanılıb. Rəsmi qurumlar bu istisnaların milli təhlükəsizlik və müdafiə zərurəti ilə bağlı olduğunu bildirirlər.

Qərarnaməyə görə, 1 yanvar 2026-cı ilədək istehsal edilmiş və hazırda anbarlarda mövcud olan PFAS tərkibli məhsulların bazardan çıxarılması üçün şirkətlərə 12 aylıq keçid müddəti tanınıb. Bu dövrdə mövcud ehtiyatların satışına icazə veriləcək.

Seçilən
58
10
publika.az

10Mənbələr