ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə məhkum edilmiş polkovnik Mahir Şirvanov vaxtından əvvəl azadlığa çıxmaq istəyir.
“Qafqazinfo”nun məlumatına görə, məhkum 5 illik cəza müddətinin yarıdan çoxunu çəkib deyə, cəzaçəkmə müəssisəsinin müsbət rəyini nəzərə alaraq məhkəməyə müraciət edib.
Yerli məhkəmə M. Şirvanovun ərizəsini düzgün hesab etməyərək geri qaytarıb. Polkovnikin qalan 1 il 2 ay həbs müddətinin davamına qərar verilib.
Qeyd edək ki, 143 milyonluq mənimsəmə ilə bağlı çoxsaylı zabit məhkum edilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.