AZ

İranda etirazlar zamanı təhlükəsizlik əməkdaşı ölüb, 7 nəfər saxlanılıb

Ajans.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu ölkənin qərbində yerləşən Loristan əyalətində keçirilən etirazlar zamanı Emir Hüseyn Hodayarifər adlı təhlükəsizlik əməkdaşının həyatını itirdiyini açıqlayıb. Etirazları zorakılığa sürükləməkdə ittiham olunan 7 nəfər saxlanılıb. İranda etirazları zorakılığa çevirməyə cəhd etdikləri iddia edilən 7 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Adının açıqlanmasını istəməyən mənbə əməliyyat zamanı 100 ədəd qanunsuz silahın ələ keçirildiyini, həmçinin bu silahların ölkəyə daxil olmasını təmin edən şəxslərin də müəyyən edilərək saxlanıldığını bildirib.

Seçilən
83
6
Ajans.az

10Mənbələr