Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas Rusiyanı Baltik dənizində kritik infrastruktura zərər vuran hücumlara görə ittiham edib.
"Ölkə.az" xəbər verir ki, Aİ nümayəndəsi bunu X sosial media platformasında yazıb.
"Avropanın kritik infrastrukturu sabotaj riski altındadır", - Kallas qeyd edib.
Aİ xarici işlər naziri Moskvanın hadisələrdə iddia edilən iştirakına dair dəlil təqdim etməyib. Lakin o, Ukraynadakı silahlı münaqişənin başlanğıcından bəri bu cür hadisələrin açıq-aşkar bir tendensiyasının müşahidə olunduğunu bildirib.
Elvin
Ölkə.az