AZ

Ajda Pekkan Azərbaycandan gələn təklifi qəbul etmədi

Türkiyənin məşhur sənətçisi Ajda Pekkan Yeni il gecəsi Bakı, Kipr və Ankaradan gələn konsert təkliflərini rədd edib.

Bizim.Media xəbər verir ki, buna səbəb müğənninin bacısı Semiramis Pekkanın xərçənglə mübarizə aparmasıdır.
 

Ajda Pekkan bacısını tək qoymaq istəmədiyi üçün ümumilikdə 20 milyon lirəlik (təxminən 792 min manat) təkliflərdən imtina edib.


Təşkilatçıların qonorarı artırmaq təklifləri Pekkanın mövqeyini dəyişdirməyib. O, Yeni ili bacısı ilə birlikdə Bodrumdakı villasında keçirib.

"Puldan daha vacib dəyərlər var. Ailəm mənim üçün prioritetdir", - deyə Ajda bildirib.

Bizim.Media

Seçilən
70
9
bizim.media

10Mənbələr