AZ

FCSB “Qarabağ”la yoxlama oyunundan imtina etdi

Rumıniyanın FCSB klubu qış hazırlıq toplanışı çərçivəsində “Qarabağ”la yoxlama oyunu keçirməkdən imtina edib.

"Unikal" xəbər verir ki, Türkiyədə keçiriləcək təlim-məşq toplanışında FCSB yalnız bir yoxlama matçı – yanvarın 16-da “Beşiktaş”la – keçirməyi planlaşdırıb.

Komandanın meneceri Mihay Stoyka “Prima Sport”a açıqlamasında “Qarabağ”dan oyun təklifi aldıqlarını təsdiqləyib:
“Qarabağ bu gün bizdən onlarla oynamaq istəyib-istəmədiyimizi soruşdu, amma onlar oyun əhval-ruhiyyəmizi aşağı sala bilərlər. Onlar yanvarın 12-də oynamaq istəyirdilər, amma biz 16-da oynayırıq. ‘Beşiktaş’la ‘Gloria Sports Arena’da oynayacağıq. Bu, ilk dəfə deyil; əvvəllər onlarla məşq bazası paylaşmaq şərəfinə nail olmuşuq. Türklərin orada etdikləri möhtəşəm bir şeydir”, - Stoyka deyib.

Qeyd edək ki, “Qarabağ” yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.

Seçilən
15
3
unikal.az

9Mənbələr