AZ

Ağsuda bacı-qardaş dəm qazından zəhərləndi

Ağsuda bacı-qardaş dəm qazından zəhərlənib. 

"Cebheinfo.az" xəbər verir ki, hadisə rayonun Kəndoba ərazisində baş verib. 

Kənd sakinləri - 1996-cı il təvəllüdlü Əliyev Məhəmməd Cabir oğlu və 2002-ci il təvəllüdlü Əliyeva Aynur Cabir qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Hər iki şəxs Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən bacı və qardaşın vəziyyətlərinin orta ağır olduğu bildirilir. 

"Cebheinfo.az"

Seçilən
112
50
cebheinfo.az

10Mənbələr