AZ

Zelenskidən Budanova yeni vəzifə ilə bağlı təklif…

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Vladimir Zelenski Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova Prezident Ofisinə başçılıq etməyi təklif edib.

Gununsesi.info xəbər verir ki, bu barədə V. Zelenski X hesabında yazıb.

“Hazırda Ukrayna təhlükəsizlik, diplomatiya və danışıqlar məsələlərinə daha çox diqqət yetirməlidir. Prezident Ofisi, ilk növbədə, dövlətimizin bu vəzifələrinin yerinə yetirilməsinə xidmət edəcək”, – Ukrayna lideri qeyd edib.

Zelenski bildirib ki, Budanovun bu istiqamətlərdə xüsusi təcrübəsi və nəticələrə nail olmaq üçün kifayət qədər gücü var.

Prezident həmçinin Budanova Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla birgə Ukraynanın strateji müdafiə və inkişafının əsaslarının yenilənmiş planını dövlət başçısının təsdiqinə təqdim etməyi tapşırıb.

Qeyd edək ki, Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak 2025-ci ilin noyabr ayının sonunda korrupsiya qalmaqalı fonunda istefa verib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
1
icma.az

10Mənbələr