İsveçrədəki xizək kurortunda baş verən yanğın nəticəsində 16 yaşlı italyan qolfçu Emanuele Qaleppini ölüb.
Publika.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Yeni il gecəsi İsveçrənin Krans Montana xizək kurortundakı “Le Constellation” barında böyük yanğın baş verib. Yanğın yerli vaxtla təxminən saat 1:30-da baş verib.
Yanğın 40-dan çox insanın həyatına son qoyub. Daha 115 nəfər yaralanıb, onlardan ən azı 80-nin vəziyyəti ağırdır. İsveçrə beş günlük matəm elan edib. Ölənlər arasında İtaliya qolfunun ən parlaq ümidlərindən biri hesab edilən Qaleppini də var.