Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Dünyanın bəzi bölgələrində insanlar Yeni ili artıq qeyd edib və 2026-cı ilə qədəm qoyublar. Lakin bütün ölkələr Qriqorian təqvimindən istifadə etmir.
Reyting.az xəbər verir ki, bu gün Qriqorian təqvimi dünyanın əksər ölkələrində əsas zaman ölçüsü sistemi hesab olunur və 160-dan çox dövlətdə rəsmi təqvim kimi tətbiq edilir.
Bununla belə, bir sıra ölkələrdə paralel və ya alternativ təqvimlərdən də istifadə olunur. Məsələn, Yaponiyada Qriqorian təqvimi ilə yanaşı, imperatorun taxta çıxdığı ildən başlayan xüsusi sistem də mövcuddur. Xatırladaq ki, İmperator Naruhito 1 May 2019-cu ildə taxta çıxıb. Buna görə də ölkədə hazırda hazırda 7-ci il hesab olunur.
Dünyada geniş yayılan digər təqvimlərdən biri İslam təqvimidir. Qədim müsəlman təqviminin hesablanması hicrətin baş verdiyi 622-ci ildən aparılır. Bu təqvimə əsasən, Əlcəzairdə, Misirdə, İraqda və Yəməndə hazırda 1447-ci ildir.
Çin də bir neçə təqvim sistemindən istifadə edən ölkələr sırasındadır. Ənənəvi ay-günəş təqviminə görə, bu ölkədə hazırda 4722-ci il, Yaşıl Ağac İlan ili davam edir. Bu il 2026-cı ilin yanvar ayının sonunda başa çatacaq.
Ay-günəş təqvimi İsraildə də tətbiq olunur. Yəhudi təqviminə əsasən, hazırda 5786-cı il yaşanır.
Bəzi ölkələrdə isə fərqli günəş təqvimləri qüvvədədir. Əfqanıstan və İran İslam Respublikasında hazırda 1404-cü il, Banqladeşdə isə 1432-ci ildir.
Oqtay QORÇU
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.