AZ

“Neftçi”nin qış planı

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Neftçi”nin qış hazırlıq planı müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” yanvarın 4-dən 17-dək BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində təlim-məşq toplanışı keçəcək.

Ayın 5-də ilk məşqə çıxacaq “ağ-qaralar” hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 9-da “Kayrat” (Qazaxıstan), 13-də “Piramids” (Misir), 16-da isə “Çenqdu Ronqçenq” (Çin) klubları ilə qarşılaşacaq. Matçların başlanma saatı hələ məlum deyil.

Qeyd edək ki, “Neftçi” qış fasiləsindən sonra ilk rəsmi oyununu yanvarın 23-ü saat 19:00-da “Palms Sports Arena”da “Zirə”yə qarşı keçirəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
80
37
futbolpress.az

10Mənbələr