AZ

AFFA Sxadadzeni 4 oyunluq cəzalandırdı, “Neftçi”ni… – ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqanın 16-cı turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarlarla sizi də tanış edir:

Azərbaycan Premyer Liqası, 16-cı tur

“Kəpəz” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Gəncə komandası 2500 manat cərimə edilib. “Kəpəz”in azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə Gəncə komandası 7000 manat cərimə edilib.

“Karvan” – “Neftçi” oyununda “Karvan”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün Yevlax komandası 700 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Karvan” 5000 manat cərimə edilib. Oyunun 90+8-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə paytaxt komandası 4000 manat cərimə edilib. Oyun bitdikdən “Neftçi”nin azarkeşləri tərəfindən rəqib komandanın avtobusuna vurulmuş zərər “Neftçi” tərəfindən qarşılanacaq.

“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ”də 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən komanda 700 manat cərimə edilib. “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze hakimləri təhqir etdiyinə görə 4 oyun oyunluq cəzalanıb. “Qəbələ” buna görə 10000 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Ağdam komandası 5000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Araz-Naxçıvan” 2000 manat cərimə edilib.

“Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
14
2
arena.az

9Mənbələr