AZ

“Araz-Naxçıvan” Elmar Baxşıyevin istefasını rəsmən açıqladı – ARENA.AZ

Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə qeyri-sabit çıxışı ilə diqqət çəkən “Araz-Naxçıvan”da İdarə Heyətinin iclası keçirilib.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, iclasda əsas komandanın qış fasiləsinə qədərki çıxışı müzakirə olunub.

Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə, baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb. Daha sonra baş məşqçi ilə görüş keçirilib, ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib və mövsümün sonuna qədər nəzərdə tutulmuş müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, Elmar Baxşıyev 2024-cü ilin aprelində “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında 2024/2025-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında üçüncü pilləni tutub və UEFA Konfrans Liqasında iştirak edib.

Əlavə edək ki, Naxçıvan təmsilçisi Azərbaycan Premyer Liqasının cari mövsümündə 16 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb. Komandanı 3-cü pillədəki “Zirə”dən 2 xal ayırır.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
6
6
arena.az

9Mənbələr